Bakıda “Lexus” piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.
AFN APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayon ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü Eldəniz Əliyev idarə etdiyi “Lexus” markalı avtomobillə 1986-cı il təvəllüdlü Zaur Xalidovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.