Paşinyan ABŞ-dan bunu xahiş edib


Ermənistan hakimiyyətinin Qərbə doğru kəskin irəliləyişi artıq Moskvanın açıq-aşkar qıcıqlanmasına səbəb olur. AB-nin texniki missiyası İrəvanı tərk etdikdən dərhal sonra amerikalı konqresmenlər İrəvana gəldilər. Bu, Nümayəndələr Palatasından olan Demokratlar Partiyası üzvlərinin Ermənistana ikinci səfəridir. Daha öncə Nensi Pelosinin, erməni diasporunun maraqlarında çıxış edən Frenk Pallon, Anna Eşu və Ceki Spiyerin səfərini xatırladaq. Həmin səfər çox səs-küy yaratdı, lakin Cənubi Qafqazdakı vəziyyət baxımından konkret heç nə ilə nəticələnmədi.



Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Pelosinin sentyabrda İrəvana səfərinin əsas məqsədi noyabrın 8-də Konqresə keçiriləcək aralıq seçkisində ABŞ-dakı erməni diasporunun səslərini özünə cəlb etmək idi. Ona görə də Ermənistan Baş nazir Nikol Paşinyanın komandası İrəvanda demokratların reklam kampaniyasını təkrarlamağa razılaşaraq, daha az qalmaqallı siyasətçilərin göndərilməsini xahiş edib. Bu dəfə erməni lobbiçiləri ilə az əlaqəsi olan konqresmenlər təbliğat üçün göndərilir. Demək olar ki, “əlaqəsi” olmayan: Endi Levin, Devid Prays, Diana DeGette və Cim Koper. Ermənistan mövzusundan öz məqsədləri üçün istifadə edən Qərb onun hərəkət və bəyanatlarının İrəvanın həqiqi geosiyasi mövqeyinə təsirindən qətiyyən narahat deyil. Nəticədə regionda gərginliyin artması pik həddə çatır. Paşinyan rejiminin çatmaq istəmədiyi bir həddə. İrəvan həqiqətən də Qərbə doğru gedir, lakin Moskva ilə ayrılmanın bədəlini minimuma endirmək istəyir. Görək, Devid Prays İrəvana nə deyəcək, nə vəd edəcək, amma indidən əmin ola bilərsiniz ki, onun bütün sözlərinin mənası eyni olacaq: “ABŞ-ın erməni vətəndaşları, Demokrat Partiyasına səs verin!” - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu