Harada separatizm varsa, orada Nensi Pelosi var - Elçin Mirzəbəyli


Nensi Pelosi fəaliyyətdə olduğu zaman müddətində ermənipərəst mövqeyi ilə "çiçəklənib".


Bunu AFN.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini və burada verdiyi bəyanatı şərh edən E.Mirzəbəylinin sözlərinə görə, o, qondarma erməni soyqırımı barəsində də ən aqressiv fikirlər səsləndirən şəxslərdən biridir: "Bu aspektdən onun erməni mövqeyinə təəəssüf etmək lazım deyil. Çünki o, həmişə iyrənc, ikiüzlü çıxışları ilə yadda qalıb. Harada separatizim varsa, onun yanında Pelosi görünür. Bunu biz onun Tayvana etdiyi səfərində də gördük. Ümumiyyətlə Pelosi siyasətində separtizm ideyası açıq-aydın görünür. Həmçinin yaxın zamanlarda ABŞ-da seçkilər gözlənilir. Yəqin yeni kütlə qazanmaq üçün yeni iyrənc ideyaların həyata keçirilməsində maraqlıdır".

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu