Ekspertlə bloger arasında efirdə mübahisə: "Şortik geyinəndə ayaqların xanımlara təsir edə bilər" - VİDEO


“Bu qədər çətin idi o “şort”u şalvarla əvəzləmək?”.



AFN xəbər verir ki, bu sözləri itv-nin "Sabaha Saxlamayaq" proqramına, İsmayıllının Qalacıq kəndindəki şortik qalmaqalı ilə bağlı danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, bildirib ki, şortiki şalvarla əvəz etmək üçün 2 dəqiqə vaxt lazımdır.

“Onsuz da, təbii ehtiyacını ödəmək üçün ağacın dibinə gedirsən. Elə ora gedib şalvarı dəyişmək olardı. Ayaqlarını uşaqlar, xanımlar görür. Onlara təsir edə bilər”.

Yazıçının bu fikirləri sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Çoxları onun sözlərini lağ obyektinə çeviriblər.

Həmin videonu təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu