Tanınmış restorandan “şortik” geyinən kişilərə qadağa - FOTO


Bakıda yerləşən məşhur "Qoşa Qala" restoranı rəsmi instagram hesabında kişi müştərilər üçün müəyyən qadağalarla bağlı post paylaşıb.


"Qafqazinfo" xəbər verir ki, paylaşımda qeyd olunub ki, restorana aid xüsusi dres-kod mövcuddur:

"Bu səbəblə restorana şort və dabancıq ayaqqabı ilə (başmaqla) giriş, təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir".

Sosial şəbəkələrdə sözügedən qadağa geniş müzakirə olunaraq tənqid olunub.

Qeyd edək ki, daha əvvəl də şortik geyinən kişilərə qarşı müəyyən məhdudiyyətlər olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu