Vilayət Eyvazovdan yeni təyinat


Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.



AFN Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu