Qusar sakinindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Qusar sakinindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması,daşıması və satmasında şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb.
Həmin şəxsin üzərinə və özünə məxsus bağ sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruslan Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.