Sumqayıt-Bakı qatarı texniki səbəbdən gecikib
Sumqayıt-Bakı qatarının qrafikində gecikmə yaranıb.
AFN apa-ya istinadən xəbər verir ki, saat 07:40-da Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı mənzil başına 08:30-da çatmalı olduğu halda, 08:43-də çatıb.
Başqa sözlə, qatar 13 dəqiqə gecikib.
Məlumata görə, gecikməyə səbəb hərəkət siqnallarında yaranan texniki nasazlıq olub.