G7 Ukraynaya görə təcili iclas çağırır
Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsla G7-nin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) təcili iclasının keçirilməsini razılaşdırıb.
AFN.az xəbər verir ki, bu barədə Zelenski “Tviter”də yazıb.
İclas Ukrayna şəhərlərində baş verən partlayışlarla bağlı təyin edilib.
“Biz Almaniya kansleri ilə G7-nin təcili iclası ilə bağlı razılığa gəldik”, – Zelenski bildirib.