AMEA işçilərinin sayı 3 510 nəfər olacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
AFN-in xəbərinə görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun
və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.
Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.