Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”
“Sevindirici haldır ki, bəzi yunan siyasətçilər həqiqəti anlamağa başlayıb. Bizim arzumuz problemlərin danışıqlar yolu ilə həllidir”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Yunanıstanın təxribat xarakterli ritorikası davam edir.
Milli müdafiə naziri vurğulayıb ki, rəsmi Afinanın təxribatçı addımlarına baxmayaraq rəsmi Ankara soyuqqanlı davranır: “Yunanıstan hər dəfə “suları bulandırmağa” çalışır”.
H.Akar Türkiyənin daim müzakirələrə hazır olduğunu söyləyib: “Onlar da Türkiyəyə gələ bilər, biz də Yunanıstana gedə bilərik. Biz kimsəyə təhdid mənbəyi deyilik”.