Elçin Babayev BDU könüllüləri ilə görüşüb


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.


BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, rektor ölkəmizdə son illər könüllülülk hərəkatının geniş vüsət aldığını, BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Rektor qeyd edib ki, BDU könüllüləri "ASAN Xidmət", "Regional İnkişaf" İctimai Birliyi, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyi və digər təşkilatların könüllüləri ilə sıx əməkdaşlıq edir.

Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb. Qeyd edib ki, BDU könüllülərinin bir hissəsi Universitetin inzibati şöbələrinə təhkim olunub və təcrübə əldə ediblər. Onlardan bəziləri artıq Universitetdə işlə təmin olunub. Bu, digər könüllülər üçün də stimuldur.

Qeyd edək ki, "BDU könüllüləri" qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 730-dan artıq üzvü var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu