“İgidlərimizi əymək istəyənlər olsa da, əyilmədilər” - Polad Həşimovun anası

“Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır”.
AFN.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O bildirib ki, artıq iki il keçir, amma yaramız hələ də təzədir: “Valideynlər üçün çox çətindir. Allah şəhidlərimizə rəhmət eləsin”