“BakuBus” ziyanla işləyir, kredit borclarını ödəyə bilmir – BNA açıqlama yaydı


“Fəaliyyət göstərdiyi 5 il ərzində əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “Baku Bus” MMC-nin qeyd olunan səbəblərdən təkcə 2020-ci li üçün gəlirləri 2 dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da daşıyışılar tərəfindən reqlamentlərə uyğun təmirlərin tam həcmdə həyata keçirilməsini qeyri mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub”.


AFN.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtdakı sıxlıqla bağlı açıqlamasında bildirilib.

Açıqlamada deyilir ki, hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus” MMC-yə verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq.

BNA hesab edir ki, indiki vəziyyətdə avtobus sayının artırılması məsələnin həlli yolu deyil:

“Avtobus sayına gəldikdə isə, bu sahədə də müəyyən çatışmazlıqların olması reallıqdır. Bu reallıq aşağıdakılarla şərtlənir: İlk növbədə, bu, pandemiyanın ictimai nəqliyyat sektoruna vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir. Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar, avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərmişdir. İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır”.

“Son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir. Bunun qarşısının alınması üçün xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmasının yaratdığı mənzərədir”-deyə açıqlamada qeyd olunur.

Avtobus çaşımzlığı barədə narazılığı şərh edən BNA problemin həlli yolunu isə daşıyışılarla münasibətlərin yeni modelinə keçiddə olduğunu deyib: “Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modelinə keçid konsepsiyasını hazırlanıb və hazırda aidiyyəti qurumlarla müzakirə mərhələsindədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu