Daha 201 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, 9 900 nəfər vəfat edib, aktiv xəstə sayı 1 418 nəfərdir.

Ölkədə son sutka ərzində 3 084, hazırkı dövrədək isə 7 228 614 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu