Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanılıb - FOTO


Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 nəfər saxlanılıb.



AFN xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

Sentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşı - 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.

Xəbərə görə, saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyənləşdirilmişdir.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olmuşdur.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu