Ermənistan təxribatlarının əsas səbəbi sülhü ləngitməkdir - Politoloq


"Ermənistanın növbəti təxribatı nəticəsində sərhəddə vəziyyət gərginləşib. Ordumuz tərəfindən cavab əməliyyatı həyata keçirilib. Hər iki tərəfdən itkilər var. Ermənistan sülh müqaviləsini ləngitmək üçün təxribatlara əl atır".


Bunu AFN.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib. O qeyd edib ki, Paşinyan baş verənlərlə bağlı Putinə yalan danışıb: "Paşinyan gecə Putinə zəng edib. Azərbaycan ordusunun hücum etdiyini deyib. Yalan məlumat verib. Sonra eyni saatlarda Makrona da zəng edib. Səhərə yaxın ABŞ dövlət katibi ilə də əlaqə saxlayıb".
Politoloq Ermənistanın KTMT-yə müraciət etməsindən də danışıb: "Onlardan bu məsələyə müdaxilə etmələrini istəyiblər. Lakin KTMT-nin belə bir səlahiyyəti yoxdur. Çünki biz öz torpağımızdayıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu