Generalın qızı və xalq artistinin qardaşı oğlu FHN-dən niyə getdi? - TƏFƏRRÜAT


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti üzrə rəis müavinləri - polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı öz istəkləri ilə vəzifələrindən azad ediliblər.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin qızıdır.

O, 1980-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, tibb üzrə fəlsəfə doktorudur. Aidə Mirzəyeva bir neçə ay əvvəl moyor rütbəsinə yüksəlib. O, özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə, öz istəyi ilə vəzifəsindən azad olunub. Əldə etdiyimiz məlumata görə, generalın qızı özünə özəl xəstəxana açıb.

Vəzifəsindən öz istəyi ilə azad olunan polkovnik Rəfiq Mirişli iqtisadi işlər üzrə rəis müavini olub. O, məşhur xalq artisti Ramiz Mirişlinin qardaşı oğludur.

50 yaşlı polkovnik Rəfiq Mirişli də Naxçıvan şəhərində anadan olub. Polkovnik səhhətində yaranan problemə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət edərək, vəzifəsindən azad edilib.

Rəfiq Mirişli uzun illər Dövlət Gömrük Komitəsində də fəaliyyət göstərib. O, nazirin köməkçisi, katibliyin rəisi vəzifəsində də çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu