Mirmahmud Mirəlioğlu Türkiyədə xəstəxanaya yerləşdirildi
Bu barədə Qaynarinfo-ya Mirmahmud Mirəlioğlunun ailəsindən məlumat verib. Ailə üzvlərinin verdiyi məlumata görə, partiya sədrinin müayinələrinin cavabı açıqlanmayıb:
"Hələ ki, müayinlər götürülür. Bütün müayinələr hazır olduqdan sonra Mirmahmud ağanın sağlıq durumu ilə bağlı həkimlər qərar verəcək. Amma ümidimiz Allahadır”.
Qeyd edək ki, bir neçə gün öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.