Putinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil - Şahin Cəfərli
Moskva və Sankt-Peterburun 17 bələdiyyə dairəsinin bir qrup deputatı müraciət yayaraq Putini istefaya çağırıb.
AFN.az xəbər verir ki, bundan əvvəl Moskvanın Lomonosov bələdiyyəsinin üzvləri Putini istefaya dəvət etmiş, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin üzvləri isə Dövlət Dumasına müraciət edərək Konstitusiyanın 93-cü maddəsi əsasında prezidenti vətənə xəyanətə görə vəzifədən kənarlaşdırmağı təklif etmişdilər. Durumu şərh edən politoloq Şahin Cəfərli bildirib ki, bunlar kiçik qığılcımlardır: "Ukraynada məğlubiyyətlər davam etdikcə (hansı ki davam edəcək) bu qığılcımların alova çevrilməsi ehtimalı var. Xüsusən Moskva və Peterburqdakı intelligensiya və orta təbəqə nümayəndələrinin xofu üzərindən ataraq ayağa qalxması sürpriz olmaz. Putinin hərbi, kəşfiyyat, siyasi və biznes elitalarının, yaxud onlardan bir qisminin konsensusu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil".