Üçtərəfli görüşdə İrəvan istədiyini almadı - Asif Nərimanlı


Dünən Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilib.


AFN.az xatırladır ki, bu haqda Putin bu gün Paşinyanla görüşündə açıqlama verib. AFN.az-ın məlumatına görə, politoloq Asif Nərimanlı prosesi şərh edərkən bildirib ki, tərəflərin heç birinin rəsmi məlumat verməməsi görüşün qeyri-formal xarakter daşıdığını deməyə əsas verir: "Putinin açıqlaması isə “Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini” göstərməyə hesablanıb. Görüşdə Putinin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət, Bakı-İrəvan münasibətləri müzakirə edilir. Lakin əsas mövzunun Laçın yolu ilə bağlı olduğu ehtimalı böyükdür. Və bəllidir ki, Əliyev öz mövqeyindən geri çəkilməyib.
Birincisi, Laçın yolunda aksiya davam edir və sülhməramlıların “mülki ermənilər”dən istədiyi iki gün vaxt başa çatdı: mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş. İkincisi, Paşinyanın Putinlə görüşdə dediyi “belə çıxır ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət etmir” sözləri üçtərəfli görüşdə İrəvanın istədiyini almadığını göstərir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu