Əliyevlə Putin bugünkü aksiya haqda nə danışıblar? - AÇIQLAMA


Putinin İlham Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir.


AFN.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı Azərbaycan QHT-lərinin Laçın yolunda keçirdiyi aksiyanın indiyə olan nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, görünən odur ki, Bakı geri çəkilməyib: "Hadisələrin inkişafı bu versiyanı gücləndirir ki, sülhməramlılar modul tipli yataqxanalar quraşdırır, Xankəndindəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir. Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır. Əvvəla, prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndirəcəklər: rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır İkincisi, “mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar. Üçüncüsü,
yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar. Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu