Putini dövlətə xəyanətdə ittiham edən deputatlar polisə çağırıldı


Rusiyanın Sankt-Peterburq şəhərində “Smolninskoe” Bələdiyyə Şurasının deputatları Dövlət Dumasına müraciət edərək ölkə Prezidenti Vladimir Putini dövlətə xəyanətdə ittiham etməyi təklif edib.


Sözügedən müraciət Dumada olan partiya liderlərinə və Rusiyanın Təhlükəsizlik Şurasına ünvanlanıb.

Bildirilir ki, bunun ardınca, həmin müraciəti ünvanlayan 7 deputat protokolların tərtib edilməsi üçün polisə çağırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu