Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb


Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 16-na təyin edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu