Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub
Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.
AFN.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.
O, universitetin kollektivinə təqdim edilib.
Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.