"Şahdağ Turizm Mərkəzi"nin rəhbəri dəyişib
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə sədr təyin edib.
AFN report-a istinadən xəbər verir ki, bu, Rüstəm Nəcəfovdur.
O, dövlət şirkətinin rəhbərliyində sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Kazımovu əvəz edib.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.