İki yaşlı uşaq diqqətsizliyin qurbanı olub - TƏFƏRRÜAT

Şirvanda iki yaşlı uşağın 8-ci mərtəbədən yıxılaraq vəfat etməsi hadisəsinin təfərrüatı üzə çıxıb.
AFN “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərdə məcburi köçkünlər üçün salınmış yaşayış massivindəki çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov diqqətsizliyin qurbanı olub.
Belə ki, ilkin araşdırmalar zamanı azyaşlının evin qapısından binanın dəhlizinə çıxması və pilləkənin kənarındakı məhəccərin dəmir barmaqlıqlarının arasından 1-ci mərtəbəyə yıxılması məlum olub. İki yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb və bir neçə saat ərzində ona tibbi yardımlar göstərilsə də, vəfat edib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.