Qayda pozuntusunu şərhçi gördü, hakim görmədi - baş məşqçidən etiraz


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la keçirdikləri Azərbaycan Premyer Liqasının III tur oyununun VAR hakimi Nicat İsmayıllıya müraciət edib.


Baş məşqçi bununla bağlı özünün instaqram səhifəsində post paylaşıb.

O, ədalət təmsilçisinin işindən narazılığını bildirib: "79-cu dəqiqədə Məhəmməd Həmdui ilə Almir Aqanspahiçin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəl Sertan Taşkın və Vüsal İsgəndərli arasındakı mübarizədə qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa baş hakimə bir də bu epizoda baxmağı təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyunun 6 dəqiqiəlik dayandırılmasında da hiss etdik və 1 dəqiqə də bu epizoda getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu gördü, amma Nicat görmədi".

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu