Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup ukraynalı uşaq Bakıda reabilitasiya keçəcək - FOTO


Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.



AFN xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu