Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib


Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib.


Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində məlumat verib.

Səfir qeyd edib ki, ukraynalı uşaqlar üçün iki həftəlik zəngin proqrama məşhur Qəbələ şəhərində qalmaq, həmçinin Azərbaycanın bir sıra regionlarının görməli yerlərinə səfər etmək daxildir.

Bildirilib ki, Bakıda və Ukraynanın Şamaxıdakı fəxri konsulluğunun konsulluq dairəsi ərazisində Ukraynaya humanitar yardımların toplanması və göndərilməsi üçün xüsusi məntəqələr yaradılıb. Qurum həmçinin müharibə səbəbindən Ukraynadakı evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara mütəmadi yardım və dəstək göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu