SEPAH-ın Tehrandakı kazarmasında partlayış olub


SEPAH-ın Tehrandakı kazarmasında partlayış olubAvqustun 16-ı yerli vaxtla axşam saat 21:00 radələrində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Tehranda yerləşən və 4 əsas təhlükəsizlik bölməsindən biri olan "İmam Hadi" kazarmasında partlayış baş verdiyi bildirilir.

AFN xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı müxalif Xalq Mücahidləri Təşkilatına istinadla məlumat yayıb.

Bildirilir ki, İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatının verdiyi məlumata görə, partlayış hücum nəticəsində baş verib və bu, adıçəkilən kazarma hərbçilərin dinc etirazçılara qarşı qəddar davranışlarına cavab olaraq həyata keçirilib.

Xalq Mücahidləri Təşkilatının sosial media hesabında yayılan hücum məlumatı barədə İran rəsmiləri və dövlət mediası hər hansı açıqlama verməyib, hadisəni təsdiq və ya təkzib etməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu