Xocalıda avtomobil aşıb, ölən var
Xocalıda avtomobil aşıb, ölən var.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.