Quterreş, Ərdoğan və Zelenski Ukraynada görüşəcəklər
BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı Lvova səfər edəcək.
“RİA Novosti” xəbər verir ki, burada o, Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, o, Zelenskinin dəvəti ilə Ukraynaya səfərə gedəcək.
“Prezident Volodimir Zelenskinin dəvəti ilə BMT-nin baş katibi cümə axşamı Lvovda olacaq və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri ilə üçtərəfli görüşdə iştirak edəcək. Ertəsi gün o, Odessaya gedəcək və burada Qara Dəniz Taxıl Təşəbbüsündə iştirak edən üç limandan birinə baş çəkəcək”, - Düjarrik bildirib.
Həmçinin Quterreşin Ukraynaya səfəri zamanı Zaporojye AES ətrafında vəziyyət və Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması ilə bağlı araşdırmalar müzakirə olunacaq.