AFFA Premyer Liqaya qayıdan klubları cərimələyib


AFFA İntizam Komitəsi bu mövsüm Premyer Liqaya qayıdan "Kəpəz" klubunu 1 600 manat məbləğində cərimələyib.


Buna Gəncə təmsilçisinin azarkeşlərinin "Zirə"yə qarşı ilk tur oyununda (1:2) meydana kənar əşyalar atması səbəb olub.

83-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "qartallar"ın müdafiəçisi Dmitrios Çantakias isə 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.

"Qarabağ"ın 4 futbolçusu evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə aldıqları üçün "köhlən atlar"ı 800 manat ziyana salıblar.

Premyer Liqanın digər yeni təmsilçisi "Turan Tovuz" isə evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduğu matçda birbaşa qırmızı vərəqə ilə meydandan qovulan futbolçusu Piruzi Marakvelidze görə 1 600 manat cərimələnib. Gürcüstanlı legioner 2 oyunluq diskvalifikasiya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu