Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə yola düşüb.
AFN xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Səfərdə məqsəd Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak etməkdir.