“Əl-Qaidə” terror təşkilatının lideri öldürüldü
ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı zamanı “Əl-Qaidə” terror təşkilatının lideri Əyman əl-Zəvahiri öldürülüb.
AFN xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Əl-Zəvahirinin hansı şəraitdə və necə öldürülməsi hələlik məlum deyil.
O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.
ABŞ prezidenti Cozef Bayden Əyman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu açıqlayıb.