Əl Qaidə İsrail-HƏMAS savaşına qoşulur


Əl Qaidə və İŞİD öz tərəfdarlarını İsrail və ABŞ hədəflərinə zərbə endirməyə çağırıb. Bu da Yaxın Şərqdə və ya Qərbdə daha çox yeni terror təcavüzü ehtimalını artırıb.



AFN.az axar.az-a istinadən bildirir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.

Nəşr yazıb ki, Əl Qaidə HƏMAS-ı İsrailə hücuma görə təbrik edib:

"İsrailin humanitar böhrana və 4500 fələstinlinin ölümünə səbəb olan Qəzzaya hücumu bütün islam dünyasının qəzəbinə səbəb oldu. Ekspertlərin fikrincə, bütün bunlar ekstremist qruplaşmalara imkanlar verir.

Əl Qaidənin Somalidəki qolu olan "Əş-Şəbab" son bəyanatında bildirib ki, Yaxın Şərqdəki münaqişə sadəcə olaraq Fələstin torpağındakı islam qruplarının yox, həm də bütün müsəlman ümmətinin döyüşüdür. Müsəlmanlar bir araya gələrək yəhudilərə və onların ikiüzlü kafir müttəfiqlərinə qarşı cihadı dəstəkləmək üçün əllərindən gələni etməlidirlər".

Əl Qaidənin digər qanadları da analoji çıxışlar ediblər.

Qeyd edək ki, Britaniyanın Mİ-5 və ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) yəhudi icmaları və digər qrupların İran və ya yaraqlılar tərəfindən təhlükə ilə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıqlar etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu