Pakistanda sel 111 nəfərin həyatına son qoyub


Pakistanın Bəlucistan vilayətində leysan yağışlar selə səbəb olub.


Nəticədə son sutkada 111 nəfər ölüb.

Qeyd edilib ki, sel zamanı 6 077 ev tamamilə dağılıb, 10 000-dən çox evə isə ziyan dəyib.

Ölkənin Ketta vilayətində 40 nəfər sular altından çıxarılıb.

Hazırda axtarış tədbirləri davam edir.

Pakistanın Baş naziri Şahbaz Şərif mətbuata açıqlamasında iqlim dəyişikliyinin müasir dövrün qarşısıalınmaz problemlərindən biri olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu