BDU-da "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib


Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib.


Müsabiqədə I və II kurs tələbələri komanda şəklində 5 mərhələdə kompüter elmləri üzrə nəzəri biliklərini sınaqdan keçirib, daha sürətli və düzgün proqramlar yazmağa çalışıblar. Son mərhələdə isə hər komanda iki yarımkomandaya bölünərək kodlaşdırma-dekodlaşdırma prinsipi ilə bir-birinə verilmiş sözləri çatdırmağa çalışıb.

Müsabiqənin nəticələrinə əsasən, "GG CODE" komandası 1-ci, "Creative Club" komandası 2-ci, "Cool As Code" komandası isə 3-cü yeri qazanıb.

Çempion komanda sertifikat və gələcəkdə istifadə edə biləcəkləri kuponlarla təltif olunub. Digər iki komandanın üzvlərinə isə həvəsləndirici kuponlar verilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu