Anar Cəbrayıllı minaya düşən briqada komandirindən yazdı: "Vətən Müharibəsindən 1 il əvvəl..."


Vüqar İsbəndiyarov şərəfli bir zabit yolu keçib.

AFN.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dünən Kəlbəcərdə minaya düşərək yaralanan hərbi hissə komandiri Vüqar İsbəndiyarov haqda yazıb: "Mən Bakı Ali Komandanlıq Məktəbində əsgər kimi xidmət edəndə Vüqar 3-cü kursda oxuyurdu. Məktəbi bitirib Naxçıvanda xidmətə başladı, müxtəlif vaxtlarda fərqli bölgələrdə 3 briqadaya komandirlik edib. Vətən Müharibəsindən təxminən 1 il əvvəl Ali Hərbi Məktəbə müəllim təyin olunmuşdu. Müharibə başlayanda ön cəbhəyə çağırıldı və dərhal briqada komandiri təyin olundu. Cəbrayıldan Laçına qədər şərəfli döyüş yolu keçdi, qələbədən sonra briqada komandiri kimi xidmətini Kəlbəcərdə davam etdirirdi. Alicənab, böyük-kiçik yeri bilən Vüqar qardaşımıza Allahdan şəfa diləyirəm.
Vətən Vüqar kimi oğulları ilə fəxr edir..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu