İranın polkovnik-leytenantı öldürülüb


İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.



“Report” IRNA-ya istinadən xəbər verir ki, hadisə iyulun 25-dən 26-na gecə qeydə alınıb.

Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.

Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu