Çeçenistanda atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub
Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində hüquq-mühafizə orqanlarının iki əməkdaşı öldürülüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik əməkdaşlarına hücum edən şəxs zərərsizləşdirilib.
Başqa bir mənbənin TASS-a verdiyi məlumata görə, Putin prospektində silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib.
"O, atışma zamanı zərərsizləşdirilib", - deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
İnsident baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.