Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə


Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib.


TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Hazırda onların zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, yerli mediada zəhərlənmənin Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yeməkdən sonra baş verdiyi yazılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu