Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Tacikistana təhvil verilib


Beynəlxalq axtarışda olan şəxs Tacikistana təhvil verilib.


AFN.az bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Tacikistan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Tacikistanın ərazisində cinayət törətmiş Mirzagaeva Mahbuba Abdusamievnanın cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu edilib.

Belə ki, Mahbuba Mirzagaevanın xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Mahbuba Mirzagaeva 19.07.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasına verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu