İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər nazirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edib.


AFN.az xəbər verir ki, Derya Yanık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı 15 İyul - Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirib və vurğulayıb ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqlarından son dərəcə məmnunluqlarını ifadə edib və Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini bir daha vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını deyib. Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd edib. Azərbaycan Prezidenti bildirib ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır.

Sonra dövlətimizin başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Derya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu