"Qarabağ"ın oyunundan sonra mətbuat üçün maska tələbi qoyulub


Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.


AFN.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu