Səfər Mehdiyev vəzifəsindən azad edildi


Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.


AFN.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Qeyd edək ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.

Xatırladaq ki, Səfər Məmməd oğlu Mehdiyev 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu