Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 7-ci “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 3 ay müddətində 2022-ci ilin iyul-oktyabr aylarında Mərkəzi Gömrük Hospitalında müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək.


Bununla əlaqədar olaraq 13 iyul 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev, Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov könüllü gömrükçüləri salamlayaraq, onlara Hospitalın fəaliyyəti və iş prinsipləri haqqında ətraflı məlumat verib, yeni üzvlərin bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını və lazımi dəstəyin göstəriləcəyini bildirib. Gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına şərait yaradır.
Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Jalə Məmmədova, Nigar Əkbərova, Jalə Nurulu, Aytac İsmayılova, Aysel İsayeva, Aysel Nuriyeva, Zəhra Mirzəyeva və Fatimə Muradovanı bu münasibətlə təbrik edirik, onlara fəaliyyətlərində nailiyyətlər arzulayırıq!








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu