Əlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirilib
Əlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirilib.
Bu barədə AFN.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gələn aydan ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında müəyyən olunmasını nəzərdə tutur.
Bu da qiymətləndirmənin qabaqcıl dünya təcrübəsinə uyğun və daha əhatəli şəkildə həyata keçirilməsinə imkan verəcək.
Yeni meyarlara əsasən, əlillik təyinatına əsas yaradan xəstəliklərin və ağırlaşmaların siyahısı da xeyli genişləndirilib.