Bakı Banklararsı Valyuta Birjası ləğv olunur
"Bakı Banklararsı Valyuta Birjası" QSC (BBVB) ləğv olunduğunu elan edib.
AFN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 (“Winter Park Plaza” iş mərkəzi, 304-cü otaq) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, BBVB 1993-cü ilin iyul ayında yaradılıb, 2015-ci ilin iyun ayında, Azərbaycan manatının ilk devalvasiyasından sonra fəaliyyətini dayandırıb. Banklar arasında valyuta alqı-satqısı açıq bazarda həyata keçirilib.